İsrailin keçmiş Baş naziri: Ölkə çökür, Netanyahu istefa verməlidir
10:01 28.07.2025
Dünya
244
İsrailin sabiq Baş naziri Naftali Bennet ölkəsinin “çöküşə doğru getdiyini” bəyan edərək, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin mümkün qədər tez dəyişdirilməsinin vacib olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Vaşinqtona səfəri zamanı sosial media hesabında paylaşım edən Bennet, “İsrail hökuməti 7 oktyabrda olduğu kimi bu gün də siyasi və media cəbhəsində tamamilə çökmüş vəziyyətdədir”, – deyə vurğulayıb.
Bennet Netanyahu hökumətindəki nazirlərə də sərt sözlərlə hücum edib: “Nazirlər "Qəzza məhv ediləcək" və "Qəzzaya nüvə bombası" kimi siyasi divident əldə etmək üçün səsləndirdikləri axmaq bəyanatlarla İsrailə böyük zərər vururlar”.
“Sanki vaxt sonsuz imiş kimi müharibənin uzadılması bizə ciddi ziyan vurur”, – deyə Bennet əlavə edib və sözlərinə belə davam edib:
“7 oktyabrdan bu yana demək olar ki, iki il keçib, amma hələ də HƏMAS bizə şərtlər diktə edə bilir – bu necə mümkündür? İsrail üçün əlimdən gələni etməyə davam edəcəyəm. Amma nəticə aydındır: bu fəlakətdən yeganə çıxış yolu, dağıdıcı hökuməti ən qısa zamanda dəyişmək və yeni yola çıxmaqdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm
Zatulin Ermənistana qəzəbləndi: Bu, Rusiyaya hücumdur
15:00 11.02.2026
Gündəm
Ərdəbildə daha 100 nəfər həbs edildi
14:58 11.02.2026
Region
Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
14:50 11.02.2026
Dünya
İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi
14:36 11.02.2026
Gündəm
Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır
14:30 11.02.2026
Gündəm