İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 1029 nəfərə çatıb

İsrailin 2 mart tarixindən bu yana Livana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində ölənlərin sayı 1029-a çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə hava hücumları nəticəsində 2786 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.