
İstanbul danışıqları: Üzdə diplomatiya, səhnə arxasında Ukrayna – TƏHLİL
05:24 11.04.2025
Dünya
503
Aprelin 10-da Rusiya ilə ABŞ arasında İstanbulda qapalı görüş keçirilib. Yerli vaxtla saat 10:00-da başlayan görüş 5 saatdan çox davam edib. Tərəflər Rusiya və ABŞ nümayəndə heyətləri arasında səfirlik fəaliyyətinin bərpası və diplomatik əlaqələrin normallaşdırılmasını müzakirə ediblər. Görüş Rusiyanın İstanbuldakı Baş konsulluğunda keçirilib.
Siyasi təhlilçi Aqşin Kərimov Sherg.az-a deyib ki, ABŞ və Rusiya nümayəndələrinin İstanbulda keçirilən danışıqları ikitərəfli diplomatik-siyasi əlaqələrin nizamlanması ilə əlaqədar məsələləri əhatə edir. Ekspert bildirib ki, ABŞ ilə Rusiyanın müzakirə predmetində Ukrayna mövzusu da prioritet təşkil edə bilərdi:

“Daha doğrusu informasiyalar bu istiqamətdədir, bununla belə ABŞ-Rusiya əlaqələrindəki qarşılıqlı hörmətə əsaslanan sistemin bərpası Ukraynadakı münaqişənin nəticələrindən asılıdır.
Moskva ilə Vaşinqtonun Ukraynadakı müharibənin tənzimlənməsini asanlaşdırmaq üçün birgə səy göstərdikləri artıq sirr deyil, bu isə Kiyevin milli və təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir”,-deyə o əlavə edib.
Onun sözlərinə görə, Ukraynada narahatlıq var ki, Rusiya ABŞ ilə danışıqlara müharibədəki gələcək hücum səylərini gücləndirmək vasitəsi kimi baxır. A.Kərimov məsələyə ABŞ ilə Çin arasındakı gərginlik kontekstində yanaşaraq deyib:
“ABŞ-nin Donald Trampın administrasiyası dövründəki Ukrayna ilə əlaqədar fərqli yanaşmaları, Vaşinqtonun resurslarını Çinlə tarif müharibələrinə yönləndirməsi Kiyevdən diqqəti yayındırır. Ukrayna Rusiya ilə ABŞ danışıqları, Ağ Evlə Çin arasındakı ticarət savaşına görə öz mövqelərinin beynəlxalq aləmdə sıfıra düşməsini arzulamır”.
Siyasi şərhçinin fikrincə, Ukraynanın nəzərləri öz üzərinə çəkərək yenidən bir nömrəli beynəlxalq prioritet olması üçün o, döyüş meydanında ciddi nəticələr əldə etməlidir:
“Bu, hələlik baş vermir, əksinə Ukraynanın ərazi itkiləri getdikcə çoxalır. Bir məsələni də nəzərdə saxlamaq lazımdır ki, Rusiyanın da hücum tempi son 5 ayda yüksək intensivliyini azaldıb. Belə bir məqamda Ukrayna üçün güclü əks-hücum əməliyyatları keçirmək şansı yaransa da, ABŞ-nin yardımlara və Kiyev üçün tərtib etdiyi kəşfiyyat məlumatlarına əhəmiyyətli məhdudiyyətlər qoyması Kiyevin əlini-qolunu bağlayır.
Bu baxımdan Ukraynanın taleyini birbaşa olaraq ABŞ-Rusiya danışıqları deyil, müharibə meydanındakı əməliyyat şəraiti müəyyənləşdirir. Ukraynanın müqavimət gücü hara qədər olacaq – bunun hesabını indidən təqdim etmək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol