İtaliya Baş naziri Ciorcia Meloni İranın Minab şəhərində qızlar məktəbinə raket zərbəsini qınayıb, ölənlərin yaxınları ilə həmrəylik ifadə edib.
APA xəbər verir ki, o, parlamentdə bu məsələyə toxunub.
“Bu faciəyə görə məsuliyyət daşıyanların tezliklə müəyyən edilməsini tələb edirəm”, - Baş nazir bildirib.
Eyni zamanda, Meloni qeyd edib ki, İran nüvə silahı ilə yanaşı, raket imkanlarına da malik ola bilməz.
Qeyd edək ki, fevralın 28-də qızlar məktəbinə endirilən raket zərbəsi nəticəsində 165 nəfər ölüb.