
Kadırov sağalmaz xəstədir, varis axtarılır -ŞƏRH
Yusif Nəzərli
02:03 03.09.2025
Dünya
493
17 yaşlı balaca Kadırovun adı hallandırılır
Azər Qasımov: "Putin onun yerinə öz kadrlarından birini yerləşdirəcək, nəinki azyaşlı bir uşağı"
Çeçenistan rəhbəri Ramzan Kadırovun görüntüləri müzakirələrə səbəb olub. Sentyabrın 1-də yeni dərs ili ilə bağlı qatıldığı tədbirdə yeriməkdə çətinlik çəkdiyi görünən Kadırovun səhhətində ciddi problemlərin olduğu deyilir. Sosial şəbəkələr R.Kadırovun addım ata bilmədiyini, ayaq üstündə güclə dayandığını iddia ediblər. Hətta onun ötən günlərdə çimərkən boğulma təhlükəsi ilə üzləşdiyini söyləmişdilər. Məhz buna görə, yaxın günlərdə Putinin Çeçenistan rəhbərinin dəyişəcəyini deyirlər. Kreml rəhbərinin son dönəmdə R.Kadırovun fəaliyyətindən narazı olduğunu da vurğulanır. Təyyarəmizin vurulmasından sonra Azərbaycan ictimaiyyətində də Kadırova qarşı mənfi münasibət formalaşdı. Kadırov özü müxtəlif platformalarda sağlam olduğunu bildirsə də, bu ilin mayında istefa vermək istədiyini dilə gətirmişdi. İddialara görə, onun yerinə mümkün varis kimi oğlu Adam Kadırov, ya da Apta Alaudinovun adı çəkilir. Qeyd edək ki, Rusiya rejimi tərəfindən Kadırov "müstəqil güclü" sima, "sabitliyin simvolu" kimi xarakterizə olunub. O, Putinin ən qatı tərəfdarı və dəstəkçisi sayılır.
Siyasi şərhçi Azər Qasımov Sherg.az-a bildirib ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun ciddi xəstə olduğu çoxdan yayılan şayiələrdəndir. Ekspert deyib ki, hətta onun ölümü barədə xəbərlər də ara-sıra yayılır:

"Əslində, R.Kadırovun 17 yaşlı oğlunun onun yerinə keçəcəyi də yayılan şayiələr arasında idi. Hətta Ramzan Kadırov oğlunu Putinə təqdim etmişdi. Təbii ki, bu, mümkün olan iş deyildi. Kadırov hakimiyyətdən hər nə səbəbdən gedəcəksə, Putin onun yerinə öz kadrlarından birini yerləşdirəcək, nəinki azyaşlı bir uşağı.. Əks halda bu, Rusiyanı gülüş obyektinə çevirər. Ona görə də hesab edirəm ki, Putin onun yerinə rusəsilli birini vəzifəyə qoyar. Vaxtilə çeçen xalqının başına Kadırov kimi özünü mentalitetlərinə uyğun bəy-xan kimi aparan biri qoyulmalı idi ki, çeçenləri cilovlaya bilsin".
Analitik vurğulayıb ki, çeçenlər Putinin əlaltısına çevrilib:
"Dağıstanda olduğu kimi bundan sonra Putin nə desə ona əməl edəcəklər. Eyni zamanda Kadırovun dövründə varlanmış və mərkəzi hakimiyyətə bağlı çoxlu klanlar var ki, onlar hakimiyyətin əleyhinə getməz fikrində deyillər. Hər şeylərini itirmək qorxusu ilə buna getməzlər. Əgər Kadırov xəstədirsə və hakimiyyətdən gedəcəksə, yerinə təyin edilən mərkəzi hakimiyyətdən biri olacaq. Məsələn, Dağıstanda olduğu kimi güc strukturlarının müavinlərindən və ya buna bənzər biri ola bilmə ehtimalı çox böyükdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm