Kaliforniya ştatı ABŞ-dən ayrılır? - KAMPANİYA BAŞLADILDI...
Yusif Nəzərli
17:28 27.01.2025
Dünya
699
Kaliforniyada ştatın ABŞ-dən ayrılması ilə bağlı referendum keçirilməsi üçün imza toplama kampaniyası başladılıb.
Sherg.az "Newsweek"ə istinadən xəbər verir ki, müstəqillik məsələsini səsverməyə çıxarmaq üçün petisiyanın müəllifi Markus Evans 22 iyul 2025-ci ilə qədər qeydə alınmış seçicilərdən 546.651 imza toplamalıdır. Bu, 2022-ci ildə Qubernator Qavin Nyusom üçün verilən ümumi səslərin 5%-ni təşkil edir.
İmzalar toplansa, “Kaliforniya ABŞ-dən ayrılıb azad və müstəqil ölkə olmalıdırmı?” sualı 2028-ci ildə səsverməyə çıxarılacaq. Kaliforniyanın ABŞ-ni tərk etməsi üçün ştatdakı seçicilərin ən azı 55%-i suala “hə” cavabı verməlidir.
Markus Evans Donald Trampın ilk prezidentlik dövründən bəri Kaliforniyanın müstəqilliyini müdafiə edib. O, kampaniyanın adını Brexit-ə istinad edərək "Calexit" adlandırır.
Təşəbbüsün tərəfdarları prezident seçkilərində Respublikaçıların qələbəsini "Kaliforniyanın əhəmiyyət verdiyi hər şeyə hücum" kimi qiymətləndirirlər.
Bununla belə, "Newsweek" qeyd edir ki, Kaliforniyada səsvermənin nəticələri hüquqi qüvvəyə malik olmayacaq və federal hakimiyyət orqanları üçün məcburi olmayacaq. Bundan əlavə, ABŞ Konstitusiyası dövlətlərin ayrılması mexanizmini təmin etmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm