Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas İsraili Livandakı hərbi əməliyyatlarına son qoymağa çağırıb.
Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verir ki, Aİ nümayəndəsi İsrailin hərəkətlərini həddindən artıq sərt hesab edib: "İsrailin hücumları kütləvi köçkünlüyə səbəb olur və onsuz da qeyri-sabit olan vəziyyəti daha da ağırlaşdırır".
Kallas vurğulayıb ki, İsrail Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir: "Diplomatik səylər eskalasiyanın qarşısını almaq üçün ən yaxşı vasitə olaraq qalır".