Kallas: Ukraynanın güclü olmasını istəyiriksə, daha çox xərcləməliyik

Avropa İttifaqı (Aİ) və üzv ölkələr Ukraynaya dəstək üçün 187 milyard avrodan çox vəsait xərcləyib.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər xidmətinin rəhbəri Kaya Kallas deyib.

“Aİ artıq Ukraynaya hamıdan çox, 187 milyard avro dəstək verib. Ukraynaya nə qədər çox pul xərclənsə, o, döyüş meydanında o qədər güclü olacaq. Ukrayna döyüş meydanında nə qədər güclü olsa, danışıqlar masası arxasında o qədər füclü olacaq”, - o bildirib.

Kaya Kallas buna əsaslanaraq, Ukraynaya maliyyənin artırılmasına çağırıb.