Kanada Aİ-yə qoşula bilər

"Kanada Avropa İttifaqına qoşula bilər".

Teleqraf xəbər verir ki, bu fikri Finlandiya Prezidenti Aleksandr Stubb "CBC"yə müsahibəsində deyib.

“Mənim üçün, münasibətlərimiz və əsas dəyərlərimiz baxımından Kanada Avropa İttifaqına o qədər yaxındır ki, edə biləcəyimiz ən az şey həqiqətən sıx strateji tərəfdaşlıq qurmaqdır”, - deyə Stubb bildirib.

O əlavə edib ki, daha böyük bir Avropa İttifaqını təsəvvür edə bilərəm, amma Kanadanın onun bir hissəsi olub-olmayacağı özündən asılıdır.

Qeyd edək ki, bu il Kanada rəsmi olaraq Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) proqramına qoşulub. Bu proqram ona birgə müdafiə tədarükünü həyata keçirmək üçün Aİ-dən ucuz kreditlər almağa imkan verir.