Kanadanın İranla diplomatik əlaqələri bərpa etmək planı yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Anita Anand bildirib.
Nazir qeyd edib ki, Ottavanın bütün diqqəti Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib.
“Kanadanın insan haqları təşəbbüsü ölkə diplomatiyasının bir hissəsi olaraq qalır”, - Anita Anand əlavə edib.
Xatırladaq ki, Kanada və İran arasında diplomatik əlaqələr 2012-ci ildə kəsilib.