Kılıçdaroğlu Ərdoğana bir dəfə məğlub olub
12:18 26.01.2023
Dünya
585
Bu mənada “Millət İttifaqı” eyni nəticənin təkrar olmasını arzulamır
“Türkiyə iqtisadiyyatının geriləməsi, lirə-dollar balansının kəskin pozulması, miqrant böhranı kimi səbəblər Ərdoğanın prestijinə zərbə vursa da, onun qələbə qazanma şansları hələ də çox böyükdür”
14 mayda Türkiyədə prezident və parlament seçkiləri eyni gündə keçiriləcək. Ekspertlərə görə, hər iki seçkinin məhz bu tarixə təyin edilməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, 73 il öncə 1950-ci il 14 may tarixində Türkiyənin keçmiş baş naziri Adnan Menderes “Bəsdir! Söz növbəsi millətindir” deyərək 27 il hakimiyyətdə olan İsmət İnönünün Cümhuriyyət Xalq Partiyasını (CHP) məğlub etmişdi. Bu, onu deməyə əsas verir ki, Ərdoğan da mayın 14-də həm parlament, həm də prezident seçkilərində qələbə qazanaraq tarixi təkrarlamaq və CHP başda olmaqla “Millət İttifaqı” üzərində qələbə qazanmaq istəyir.
Ancaq CHP sədri Kamal Kılıçdaroğlu seçkinin 14 mayda olmasına qarşı çıxmayıb. Deyib ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilməsi onlar üçün problem deyil: "Seçkilərin keçirilmə tarixini mayın 14-nə təyin etmək istəyirlər. Bizim tərəfimizdən heç bir problem yoxdur. Yetər ki, söz millətin olsun. Millət İttifaqı da bunu istəyir”.
Siyasi şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, 14 maya az zaman qalıb və seçkiyə hazırlıq üçün kifayət deyil. “Millət İttifaqı”nın namizədi isə bəlli deyil. Analitik deyib ki, hər nə qədər namizədin bəlli olduğu, sadəcə adının açıqlanmadığı deyilsə də, müxalifət daxilində namizəd böhranı davam edir:
"Xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, lirə-dollar balansının kəskin pozulması, miqrant böhranı və s. səbəblər Ərdoğanın prestijinə zərbə vursa da, onun qələbə qazanma şansları hələ də çox böyükdür. CHP sədri Kamal Kılıçdaroğlu namizəd olmaq istəyir, lakin İYİ Partiya sədri Meral Akşener bununla razılaşmır. “Millət İttifaqı” Rəcəb Tayyib Ərdoğanın qarşısına qazanacaq namizəd çıxarmağı planlayır. Kılıçdaroğlu Ərdoğan qarşısında bir dəfə məğlub olub. Bu mənada “Millət İttifaqı” eyni nəticənin təkrar olmasını arzulamır. Kılıçdaroğlu bunu bildiyi üçün seçkilərin 14 maya təyin edilməsindən öz namizədliyi üçün istifadə edə bilər. “Millət İttifaqı”nın namizədi kimi seçkilərdə məğlub olarsa, seçkiyə hazırlıq müddətinin kifayət qədər olmamasını əsas gətirər. Yəni Kılıçdaroğlu seçkilərdə məğlub olarsa, “söz millətin olmadı” deyəcək".
Ekspertin fikrincə, “Millət İttifaqı”nda hər ağızdan bir səsin çıxması və vahid namizədin hələ də açıqlanmaması seçicilərin müxalifətə inamını azaldır: "Onsuz da seçki öncəsi keçirilən sorğularda müxalifət namizədlərinə münasibət heç də isti deyil. Bu mənada 14 mayda keçiriləcək prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğan və Milliyətçi Hərəkat Partiyası ilə birgə təşkil olunmuş "Cümhur İttifaqı"nın şansı yüksək dəyərləndirilir. Böyük fərqlə olmasa da, kiçik nisbətlə qələbə qazanılması mümkündür".
T.Rzayev əlavə edib ki, Türkiyə Azərbaycanın strateji tərəfdaşı, hərbi müttəfiqidir: "Ölkələr arasındakı münasibətlər tarixin zirvə nöqtəsinə çatıb. Xüsusilə qeyd etmək lazımdır ki, bu münasibətlər Rəcəb Tayyib Ərdoğanın iqtidarı dövründə hazırkı mərhələyə çatıb. Bakı bunları nəzərə alaraq onun qələbəsini daha çox arzulayır. Ancaq bütün hallarda Azərbaycan Türkiyənin daxili işlərinə hörmət edir. Seçkilərin nəticəsindən asılı olmayaraq münasibətlərə xələl gəlməyəcək. Türkiyə üçün də bu, belədir. PKK-nın siyasi qolu sayılan HDP xaric, istənilən partiya Türkiyədə iqtidara gəlsə, iki qardaş ölkənin münasibətlərinə zərər toxunmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya