KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq

Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçiriləcəyi planlaşdırılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı "Tv Pirveli" kanalı yayıb.

İddiaya əsasən, daxili işlər naziri Geka Geladze müdafiə naziri təyin olunacaq, müdafiə naziri İrakli Çikovani isə diplomatik vəzifəyə təyinat alacaq.

Daxili işlər naziri postuna isə Geka Geladzenin müavini Roni Mesxinin namizədliyinin nəzərdən keçirildiyi qeyd olunub.

Hakim "Gürcü Arzusu" partiyasının deputatları telekanala açıqlamalarında hökumətdə kadr dəyişiklikləri barədə məlumatlı olmadıqlarını bildiriblər.