KİV: “Hizbullah”ın tərksilah edilməməsi müharibəyə səbəb olacaq

Böyük ehtimalla, Livan ABŞ tərəfindən müəyyən edilmiş vaxtda “Hizbullah” Hərəkatını tərksilah edə bilməyəcək. Bu isə, İsrailin hərbi rəsmilərinə görə, ciddi gərginliyin artması və müharibənin yenidən başlamasına səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti (Böyük Britaniya) məlumat yayıb.

İsrailin adı açıqlanmayan hərbi rəsmisi qəzetə deyib ki, Livan ordusunun son onilliklərdə misli görünməmiş səviyyədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, bunlar “Hizbullah”ın tam tərksilah olunması üçün kifayət deyil.

“Bu rəqəmi qəbul etmək çətindir”, - İsrail rəsmisi Livan hökumətinin “Hizbullah”ın 80 faizinin tərksilah edilməsi barədə sözlərinə reaksiya olaraq vurğulayıb.

Britaniya nəşri yazıb ki, İsrail “Hizbullah” hədəflərinə gündəlik hücumları artırmaqla təzyiqi gücləndirib, bu hücumlar isə Livan hökumətinin qəzəbinə səbəb olub.