KİV: İran Türkiyəyə qaz ixracını dayandırıb

İran İsrailin Cənub Pars qaz yatağına zərbələrindən sonra Türkiyəyə qaz ixracını dayandırıb.

Bu barədə “Bloomberg“ məlumat yayıb. Məlumata görə, Türkiyə qaz tələbatının təxminən 14%-ni İran qazı hesabına təmin edir, lakin qısa müddətdə bu itkini Rusiya və Azərbaycan qazı, həmçinin ehtiyatları hesabına kompensasiya edə bilər.

İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə hələlik naməlumdur.