İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar ən azı aprel ayına qədər davam edə bilər.
APA xəbər verir ki, bu barədə Kan dövlət televiziyası adı açıqlanmayan dövlət rəsmisinə istinadən məlumat verib.
Məlumata görə İsrail Pasxa bayramına qədər əməliyyatları davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 1-dən 8-dək qeyd olunacaq.