KİV: İranın yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmaq planı yoxdur

İranın nüvə materiallarını, o cümlədən yüksək dərəcədə zənginləşdirilmiş uran materiallarını ölkədən çıxarmaq planı yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbəsi bildirib ki, ABŞ ilə danışıqlarda nüvə materiallarının ölkədən çıxarılmayacağı vurğulanıb: "Ruslar da bundan xəbərdardırlar, materiallar çıxarılmayacaq. Amma Tehran zənginləşdirmə səviyyəsini azaldacağını bəyan edib".

"The Wall Street Journal" qəzetinin məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqları zamanı Tehran Vaşinqtonun nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün yüksək dərəcədə zənginləşdirilmiş uranının bir hissəsini Rusiya kimi üçüncü tərəfə göndərməyi təklif edib. Qəzetin məlumatına görə, İran tərəfi zənginləşdirməni üç ilə qədər dayandırmağa hazırdır. Lakin Tramp administrasiyası proqramın tamamilə dayandırılmasında israr edir.