ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Floridada Ukrayna nümayəndə heyətinin üzvü ilə növbəti görüş keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Agence France Presse" məlumat yayıb.
Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar noyabrın 30-da Floridada keçirilib. ABŞ tərəfdən danışıqlarda Dövlət katibi Marko Rubio, Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner iştirak edib. Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxil olub.
Qeyd edək ki, Stiven Uitkoff sabah Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək.