Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 930-a çatıb.
"Report" xəbər verir ki, bu barədə Konqonun Kommunikasiyalar və Media Nazirliyinin məlumatında bildirilib.
"Yuxarı Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopoda tədbirlərin gücləndirilməsi ilə Ebolaya qarşı mübarizə davam edir. 2 344 təsdiqlənmiş hal qeydə alınıb, onlardan 724 xəstə təcriddədir və ya xəstəxanaya yerləşdirilib, 466 nəfər sağalıb, 930 nəfər isə ölüb", - məlumatda qeyd edilib.
Tibbi briqadalar xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə epidemioloji nəzarət, tibbi yardımın göstərilməsi üzrə tədbirləri davam etdirirlər.