Kral III Çarlz Türkmənistanı təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kralı III Çarlz Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə TDH məlumat yayıb.

Kral məktubda iki ölkənin xalqları arasındakı dostluq əlaqələrinə diqqət çəkib. Həmçinin ikitərəfli əməkdaşlığın gələcəkdə inkişaf etdiriləcəyinə ümid ifadə olunub.

III Çarlz iqlim dəyişikliyi və ekologiyanın qorunması məsələləri üzrə Böyük Britaniya ilə Türkmənistanın birgə fəaliyyətinin vacibliyini vurğulayıb.