
Kreml Qərbə qarşı alternativ cəbhə qurur -PROQNOZ
Yusif Nəzərli
01:44 18.07.2025
Dünya
228
Elxan Şahinoğlu: "Rusiya ŞƏT vasitəsilə Qərbin sanksiyalarını yarmağa çalışır, amma bu, kifayət etmir"
Qərbin qapılarını itirən Kreml Şərq bazarına sarılır
"Çin və Hindistanın Rusiyaya arxa çevirməsi Kreml üçün enerji iflası ola bilər"
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Rusiya-Hinidstan-Çin formatının bərpasına çalışdığını bildirib. Nazir müavininin sözlərinə görə, Moskva bu mövzuyla bağlı Dehli və Pekinlə danışıqlar aparır. “Çin və Hindistan Rusiyanın vacib tərəfdaşlarıdır, biz BRİCS təşkilatının qurucularıyıq” deyən Rudenko bu səbəbdən üçlü formatın işə başlamasının zərurətini qeyd edib. Rudenko Rusiya tərəfinin bu formatda işin yenidən bərpasında maraqlı olduğunu vurğulayıb: "Bu mövzu həm Çin, həm də Hindistanla aparılan danışıqlarda yer alır. Biz bu formatın yenidən işə düşməsində maraqlıyıq, çünki bu üç ölkə həm mühüm tərəfdaşlarımızdır, həm də BRİCS-in təsisçiləridir". Qeyd edək ki, Hindistanla Çin arasında Himalay dağlarında sərhədlərin dəqiq müəyyən olunmaması illərdir gərginliyə səbəb olur. 2020-ci ilin mayında Ladax bölgəsində Çin və Hindistan hərbçiləri arasında toqquşmalar baş vermiş, nəticədə hər iki tərəf bölgəyə təxminən 50 min hərbçi, tanklar, ağır artilleriya və döyüş aviasiyası yerləşdirmişdi. 2024-cü ildə Hindistan və Çin qüvvələrin bir-birindən ayrılmasına dair razılığa gəlib və bu, Ladaxın şərqindəki Depsanq və Demçok bölgələrində həyata keçirilib. Razılaşma oktyabrın 23-də Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Hindistan Baş naziri Narendra Modi və Çin sədri Si Cinpin arasında baş tutan ikitərəfli görüşdən sonra mümkün olub.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, üçlü formatın təşəbbüskarı 1996-cı ildə Rusiyanın ozamankı xarici işlər naziri Yevgeni Primakov olub. Ekspert xatırladıb ki, üç ölkənin xarici işlər nazirləri ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasında görüşüblər:

"2021-ci ilə qədər görüşlər mütəmadi keçirilib. Ancaq Çinlə Hindistan arasında sərhəd toqquşmalarıyla artan gərginlikdən sonra üçlü görüşlərə fasilə verilib. Hazırda Pekinlə Dehli arasında dialoq və iki ölkənin xarici işlər naziri arasında fikir mübadiləsi bərpa edilib. Kremlin üçlü formatı yenidən bərpa etməyə çalışmasının ən azı iki səbəbi var. Birincisi, Rusiya Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə Qərb ölkələri ilə münasibətləri pisləşdirib. Rusiyaya qarşı sanksiyalar artmaqdadır. Moskva Pekin və Dehli ilə təmasları genişləndirməklə Qərbə alternativinin olduğunu nümayiş etdirməyə çalışır. İkincisi, Rusiya Qərb ölkələrinə neft və qaz sata bilmir. Halbuki, Ukraynaya qarşı müharibəyə qədər Rusiya neftinin və qazının əsas alıcıları Avropa ölkələri idi. Rusiya enerji resruslarının əsas alıcısı kimi Çin və Hindistanı görür".
.
Analitikə görə, Kreml ehtiyat edir ki, Qərb Pekinə və Dehliyə təzyiqi artıraraq bu iki dövlətin Rusiyadan enerji resurslarından imtinaya sövq edə bilər:
"Kreml bunun qarşısını almaq üçün üçlü formatın faydalı olacağını düşünür. Təsadüfi deyil ki, Çində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edən Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib ki, təşkilata üzv ölkələr arasında energetika sahəsinin davamlı inkişafına ehtiyac var. Rusiya nümayəndə heyəti bu bəndin yekun bəyanata salınmasına nail olub. Rusiyalı nazirin sözlərinə görə, üzv dövlətlərin enerji təhlükəsizliyinin təminatı və sabit bazarlara çıxışı mühüm əhəmiyyət kəsb edir. Rusiya bundan başqa Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ticarətin milli valyutalarla həyata keçirilməsini istəyir.
Aydındır ki, Rusiya nümayəndə heyətinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qaldırdığı məsələlər Qərbin sanksiyaları ilə əlaqədardır. Rusiya Qərbə sata bilmədiyi məhsulları Şanxay Əməkdaşlıq Təşkilatına yönləndirmək istəyir. Rusiyanın xarici ticarətdə dollardan imtinaya çalışması da bununla əlaqədardır. Ancaq Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər inteqrasiyanın tərəfdarı olsalar da, Rusiyanı Qərbin sanksiyalarından qurtaracaq imkana sahib deyillər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol