Kreml təsdiqlədi: Putin, Si Cinpin və Tramp noyabrın 19-da Çində görüşəcək

Rusiya Prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.

APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

“Noyabrın 19-da Prezident Putin, Çin sədri Si və Prezident Tramp arasında üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüş APEC sammiti çərçivəsində Şençjendə keçiriləcək”, – Peskov deyib.