Kreml Ukrayna hərbçilərinin Belqorodda olmasına dair məlumatları şərh etməyib
10:40 08.04.2025
Dünya
420
"Kreml döyüş meydanındakı vəziyyəti şərh etmir. Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatın təfərrüatları barədə məlumat vermək səlahiyyətinə malikdir".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Belqorod vilayətində Ukrayna birləşmələrinin olması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, birbaşa hərbi əməliyyatın təfərrüatlarına aiddir. "Ona görə də bu cür suallar bizim Müdafiə Nazirliyimizə ünvanlanmalıdır. Biz döyüş meydanındakı real vəziyyətlə bağlı məlumat vermirik", - Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk və Belqorod vilayətlərində Ukrayna birləşmələrinin fəaliyyətini açıqlama verib.
Xatırladaq ki, ötən ilin avqustunda Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə daxil olaraq 1000 kvadrat kilometrdən çoz ərazini nəzarətə götürüblər. Rusiya Silahlı Qüvvələri hazırda Ukrayna Silahlı Qüvvələrinin Kurskda nəzarətə götürdüyü ərazinin 86%-dən çoxunu geri qaytarıb və Ukraynanən Sumı vilayətinə daxil olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya