Kreml yumşalır: Tramp çalışır ki, Amerika və Rusiya arasındakı əlaqələr bərpa olunsun
12:16 04.04.2025
Dünya
487
Əminəm ki, Vladimir Putin və Vladimir Zelenski razılığa gəlməyə hazırdırlar.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Avropa Putinlə qarşılıqlı əlaqədə uğur qazana bilməyib, amma mən bu məsələdə nəticə əldə edə biləcəyimə əminəm.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a deyib ki, Amerika Birləşmiş Ştatları və Rusiya arasında hazırda dialoq davam edir:
“Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonda ABŞ rəsmiləriylə görüş keçirdi. Həmin görüşdən sonra isə müəyyən mənada müsbət mesajlar verildi. Rusiya tərəfinin mövqeyində yumşalmalar müşahidə olunur. Eyni zamanda Amerikanın Rusiyaya qarşı mülayim mövqeyi əvvəldən bəlli idi. Bayden Administrasiyasına nisbətən Trampın mövqeyində Rusiyaya qarşı bir qədər yumşalma var. Tramp çalışır ki, Amerika və Rusiya arasında ikitərəfli əlaqələr bərpa olunsun. Dünənki görüşdən sonra Rusiya prezidentinin xüsusi nümayəndəsi açıqlama verdi ki, Rusiya ilə ABŞ arasında Ukrayna savaşından bu yana bağlanan hava əlaqələri açıla bilər. Amerikanın iş adamları Rusiyada Avropa tərəfindən tərk olunan sahələrə investisiya qoymağa hazır olduqlarını söyləyirlər. Görünən odur ki, Tramp Rusiya bazarına daxil olmağa hazırlaşır. Şübhəsiz ki, ABŞ və Rusiya arasında ikitərəfli münasibətlər bərpa olunacaq. Məlum olduğu kimi sözügedən ikitərəfli münasibətlərin yaxşılaşması Rusiya-Ukrayna savaşı ilə bağlıdır. Rusiya tərəfi qalıcı atəşkəs müqaviləsinin olması üçün öz ölkəsinə investisiya qoyulmasına çalışacaq. Avropa ölkələri indiyə qədər Rusiya ilə müəyyən mənada qalmaqal yaşayırdılar. Ancaq Amerika Tramp dövründə Rusiya ilə əlaqələri yaxşılaşdırmaq yönündə addımlar atacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya