Kuba ABŞ-ın Karib hövzəsindəki hərbi fəaliyyətləri fonunda bölgədə elektromaqnit maneələr yaratdığını bəyan edib.
APA xəbər verir ki, bu barədə Xarici İşlər naziri Bruno Rodriqes Parrilya bildirib.
“ABŞ-ın Venesuela hava məkanında davam edən elektromaqnit müdaxiləsini qınayırıq”, – deyə o deyib.
Nazirin sözlərinə görə, bu addımlar ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi “hərbi aqressiyanın və psixoloji müharibənin” növbəti eskalasiyasıdır.