Kuba Müdafiə Şurası ölkədə hərbi vəziyyətə keçidlə bağlı plan və tədbirləri nəzərdən keçirir, lakin hələlik bu qərar qəbul edilməyib.
Oxu.Az ng.ru saytına istinadən xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel məlumat verib.
Prezident administrasiyasının "YouTube" səhifəsində yayımlanan mətbuat konfransında çıxış edən Dias-Kanel bildirib:
"Biz Müdafiə Şurasında hərbi vəziyyətə keçidlə bağlı planları öyrənirik, müdafiə sistemlərimiz hazırlıq vəziyyətindədir. Lakin hələlik ölkədə hərbi vəziyyətə keçdiyimizi söyləmək düzgün olmaz".