Küveyt Beynəlxalq Hava Limanı bir neçə pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.
Sherg.az xəbər verir ki, rəsmi məlumata görə, hücum nəticəsində yanacaq rezervuarında yanğın baş verib və obyektə maddi ziyan dəyib. İlkin məlumatlara əsasən, hadisə zamanı ölən və yaralanan yoxdur.
Bildirilir ki, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti zamanı düşən qalıqlar elektrik xətlərinə zərər vurub, nəticədə ölkənin bəzi bölgələrində elektrik enerjisi kəsilib.
Hadisə Yaxın Şərqdə artan gərginlik fonunda baş verib.