Küveyt İrana qarşı hərbi əməliyyatda iştirakını təkzib edib

Küveytin ABŞ-dəki səfiri şeyx Əz-Zeyn əs-Sabah əmirliyin İrana qarşı hərbi əməliyyatda iştirak etməsi və Küveyt qüvvələrinin bu ölkənin ərazisinə zərbələr endirməsi barədə məlumatları təkzib edib.

"Report" "Sky News Arabia"ya istinadən xəbər verir ki, diplomat Küveytin İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etmədiyini bildirib.

"Küveyt İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etməyib və öz ərazisindən, hava məkanından və ya ərazi sularından bu ölkəyə qarşı hücum xarakterli fəaliyyətlər üçün istifadəyə icazə verməyib", – deyə səfir vurğulayıb.

O, həmçinin Küveytin bu cür əməliyyatlarda iştirakı barədə yayılan məlumatları "tamamilə yalan" adlandırıb.