Latviyalı nazirdən NATO-ya çağırışı: Effekt verəcək? -AÇIQLAMA
10:28 07.01.2024
Dünya
533
"Moskvanı dayandırmaq üçün NATO-nun uzunmüddətli strategiyaya ehtiyacı var".
Bunu Latviyanın xarici işlər naziri Krişjanis Karinş "Financial Times"ə müsahibəsində deyib.
"Rusiya dayanmayacaq, bu ölkə yalnız dayandırıla bilər. Rusiyanın Ukraynada dayandırılması hər şeyin bitməsi demək deyil. Biz sadəcə olaraq, davam etməliyik. NATO üçün vacib olan budur: biz Rusiyanın qarşısını almaq üçün uzunmüddətli strategiya üzərində işləməliyik", Latviya xarici işlər naziri deyib.
Keçmiş baş nazir Karinş, Yens Stoltenberqin yerinə NATO-nun lideri olmaqda maraqlı olduğunu bildirərək, alyansın növbəti baş katibinin Latviya kimi 2%-lik (ÜDM-nin) müdafiə xərcləri hədəfinə çatan bir ölkədən gəlməli olduğunu bildirib.
Karinş xəbərdarlıq edib ki, "imperialist ideologiyası"na görə Kreml təhlükəsi Ukrayna müharibəsindən sonra da davam edəcək.
"Lakin NATO əmin olmalıdır ki, hər hansı insidentin baş vermə ehtimalı bizim qətiyyətimizlə, müdafiə sahəsinə sərmayələrimizlə istisna edilir", - o vurğulayıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Aytən Qurbanova bildirib ki, biz Rusiya-Ukrayna müharibəsi başladığı ilk gündən, hətta o vaxta qədərki qarşıdurmalar dövründə belə oxşar bəyanatların verildiyini müşahidə edirik:
"Xüsusilə də, Finlandiya, Latviya vəPolşa kimi tarixin müxtəlif mərhələlərində Rusiyanın imperialist çıxışlarının hədəfi olmuş və bugün də mövcud təhdidlərdən ehtiyyat edən dövlətlərin rəsmilərinin belə xəbərdarlıq çağırışları ənənəvi xarakter almağa başlayıb. Amma hadisələrin gedişatı onu göstərir ki, Qərb bloku nəinki bu çağırışlara gözlənilən cavabı vermir, eyni zamanda Ukraynaya hərbi və diplomatik dəstəyin verilməsinin qismən azaldılması istiqamətində addımların atılmasında və ya danışıqların bərpa olunmasında daha çox maraqlı olduğunu nümayiş etdirir. Belə ki, qlobal sistemdə Rusiya-Ukrayna müharibəsi ilə başlayan hərbi-siyasi bloklaşma ötən iki il ərzində kifayət qədər dərinləşərək fərqli bölgələrdəki nüfuz dairələri uğrunda mübarizəni də əhatə etməyə başlayıb. Digər tərəfdən isə Qərb dövlətlərinin gözləntilərinin əksinə olaraq Rusiya geri çəkilmədi və paralel olaraq da fərqli cəbhələrdə mübarizəni davam etdirməyə nail oldu. Ona görə də, mövcud reallıqda belə çağırışların hadisələrin gedişatında əsaslı dəyişikliklərə səbəb olacağı ehtimalı çox aşağıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region