İran Baş Qərargahının nümayəndəsi Məhəmməd Baqerzade mart ayında vurulan iki Su-24 bombardmançı təyyarəsinin üç pilotunun Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü açıqlayıb.
Sherg.az xəbər verir ki, Baqerzadenin sözlərinə görə, pilotlar döyüş uçuşu zamanı təyyarələrin qəzaya uğramasından sonra Qətərdə əsir götürülüblər.
CNN-in məlumatına əsasən, İran-ABŞ qarşıdurması zamanı iki İran Su-24 təyyarəsi Qətərdə yerləşən və təxminən 10 min ABŞ hərbçisinin xidmət etdiyi Əl-Udeyd aviabazasına zərbə endirməyə cəmi iki dəqiqə qalmış Qətər Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
Təyyarələrin dənizə düşdüyü, pilotların isə sonradan Qətər qüvvələri tərəfindən saxlanıldığı bildirilir.