Lavrov: Tramp Rusiyanı sıradan çıxarmağa çalışır

“ABŞ Prezidenti Donald Tramp ölkələrə Rusiya neftindən imtina etmələri üçün təzyiq göstərməklə öz resurslarını bazara çıxarır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əsl səbəb odur ki, Prezident Trampın özü ABŞ-nin öz milli maraqlarını fəal şəkildə müdafiə etməsinin vacibliyini bəyan edib. Bura Ukraynadakı müharibəni bəhanə edərək öz mallarını beynəlxalq bazarlarda tərəfdaşlarına aqressiv şəkildə tanıtmaq və rəqiblərini, bu halda Rusiya Federasiyasını sıradan çıxarmaq daxildir”, - o bildirib.