Le Pen tərəfdarlarını səfərbər etməklə siyasi sabitliyə zərbə vuran prosesləri başladacaq -ŞƏRH
12:35 01.04.2025
Dünya
500
Fransanın “Milli Birlik” Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen məhkəmənin onun seçkilərdə iştirakına qadağa qoyması qərarını siyasi adlandırıb. O bu haqda TF1 telekanalında açıqlaması zamanı danışıb.
"Bu, siyasi qərardır", - deyən Le Penə görə qəbul edilən qərarla qanunun aliliyi prinsipləri tamamilə pozulub.
O bildirib ki, ökm, Avropa İnsan Hüquqları Konvensiyasının tələb etdiyi kimi, effektiv apellyasiya şikayətinə imkan vermir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, Donald Trampın hakimiyyətə gəlişindən və izlədiyi siyasi xətdən sonra onun dünyadakı tərəfdaşlarının ölkələrində bu cür proseslərin baş verməsi gözlənilən idi:
“Məsələn, Le Pen ifrat sağçıların lideridir və Makronun əsas rəqibi sayılır. Onunla bağlı mənimsəmə iddiaları qaldırılıb. Söhbət 4-5 milyon yevronun mənimsənilməsindən gedir ki, bu da siyasi baxımdan Avropa İttifaqı səhmlərinə aiddir. Maraqlı məqam isə Le Pen daxil olmaqla bütövlükdə həmin camiyənin proses ortaya çıxan kimi siyasi məqsədli olmasını demələridir. Məhkəmənin çıxardığı hökmə əsasən onun həbs olunması seçkilərdəki namizədliyini əngəlləyir. Məsələnin digər tərəfi isə Trampın bildirdiyi kimi seçkilərə ciddi təsir göstərəcəyi ilə əlaqəlidir. Yəni mövcud durum antidemokratik olmaqla yanaşı həm də Fransada Le Pen tərəfdarlarını səfərbər etməklə siyasi sabitliyə zərbə vuran prosesləri başladacaq. Qarşıda mitinqlər, polislərlə qarşıdurmalar və qanlı toqquşmalar gözlənilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya