Litvanın Baş naziri Belarusla sərhədlərin açılması üçün əsas şərti açıqladı

Litva Minskdən gələn müsbət siqnallara əmin olduqdan dərhal sonra Belarusla sərhədi açacaq.

Teleqraf xəbər verir ki, bunu Litvanın Baş naziri İnqa Ruqiniene jurnalistlərə bildirib.

"Biz Belarusdan müsbət irəliləyişlər görürük. Bununla belə, əmin olmalıyıq ki, bunlar həqiqətən müsbət əlamətlərdir. Əgər bu baş verərsə, biz dərhal və gecikmədən sərhədi açacağıq", - baş nazir təkid edib.

Oktyabrın 29-da Vilnüs birtərəfli qaydada Belarusla sərhədini bir ay müddətinə bağlayıb. Buna səbəb Belarusdan Litva ərazisinə siqaretlə doldurulmuş hava şarlarının göndərilməsi olub. Buna cavab olaraq Belarus Litva yük maşınlarının sərhədi keçməsinə icazə verməyib. Nəticədə 1000-dən çox yük maşını keçid məntəqəsində qalıb.