Beyrut İsraillə ABŞ-nin vasitəçiliyi ilə danışıqların başlanmasını gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aunun ofisi bəyan edib.
"Livan torpaqların azad edilməsi üçün danışıqlar təklifinə İsrailin cavabını gözləyir. Artıq güc məntiqi işləmir; biz məntiqin gücünə müraciət etməliyik", - Livan Prezidenti bildirib.
Aun açıqlamasında Litani çayından başlayaraq Livanın cənubunda Hizbullah şiə hərəkatının artıq fəaliyyət göstərmədiyini qeyd edib. O, ölkənin silahlı qüvvələrinin cənubun və digər bölgələrin təhlükəsizliyini təmin etdiyini vurğulayıb.
Noyabrın 6-da İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah infrastrukturuna qarşı silsilə hücumlar həyata keçirib.