Lukaşenko NATO-ya xəbərdarlıq etdi: Dərhal cavab veriləcək

Belarus Prezidenti Aleksandr Lukaşenko NATO-nun Rusiya və ya Belarus təyyarələrini vurmaq planları ilə bağlı açıqlamalarına münasibət bildirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu bəyanatları “düşünülməmiş və axmaq” adlandırıb.

Onun sözlərinə görə, bu cür addımlar qəbuledilməzdir və ağır nəticələr doğura bilər:

“Əgər belə bir hücum baş verərsə, dərhal cavab veriləcək”, – Lukaşenko vurğulayıb.