Macarıstanda anomal istilər Dunay çayında suyun səviyyəsini azaldıb

Avropada müşahidə olunan anomal istilər Macarıstanda Dunay çayında suyun səviyyəsinin kəskin enməsinə səbəb olub.

APA xəbər verir ki, bu barədə ölkənin Su Təsərrüfatı İdarəsi məlumat yayıb.

Məlumata görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub.

Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək davam edəcək və bu vəziyyət ölkənin cənub bölgələrində, o cümlədən Baya və Moxaç şəhərlərində də müşahidə olunur.

Suyun azalması gəmiçiliyə, xüsusilə turizm kruizlərinə mənfi təsir göstərib.