Macarıstanda siyasi zəlzələ: “Tizsa” qalib gəldi, amma Ukraynaya dəstək sual altındadır

Kiyevin müttəfiqlərinin Macarıstanın Ukraynaya münasibətdə siyasətində parlament seçkilərində müxalif “Tizsa” partiyasının qələbəsindən sonra dərhal dönüş olacağına dair ümidləri şişirdilmiş ola bilər.

Sherg.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.

Qeyd olunur ki, qalib partiyanın lideri Peter Macar Kiyevə silah göndərilməsini rədd edib, həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı istənilən müraciətini referenduma çıxara biləcəyinə işarə verib.

Bundan əvvəl Macarıstanın Milli Seçki Bürosu məlumat verib ki, aprelin 12-də keçirilən seçkilərdə müxalif “Tizsa” partiyası qalib gəlib və Dövlət Yığıncağında (birpalatalı parlament) 199 yerdən 138-ni əldə edib.