Macarıstanın yeni hökumətində hazırkından daha çox nazir olacaq

Macarıstanın yeni hökumətində 16 nazirlik olacaq, hazırda belə qurumların sayı 11-dir.

Teleqraf xəbər verir ki, bu barədə mayın əvvəlində Viktor Orbanın yerinə Baş nazir vəzifəsini icra edəcək “Tisa” partiyasının sədro Peter Madyar məlumat verib.

Madyar hökumət strukturunu və nazir namizədlərini parlamentin gələcək üzvlərinə təqdim etdiyini söyləyib. “Tisa” lideri gələcək kabinet üzvlərinin adlarını tezliklə açıqlayacağını da bildirib.

Yeni hökumətin bəzi üzvləri adları artıq məlumdur. Yerli medianın məlumatına görə, xarici işlər naziri vəzifəsinə yeganə namizəd 51 yaşlı Anita Orbandır.

İqtisadi İnkişaf Nazirliyinə “Tisa” sədrinin müşaviri İstvan Kapitanın rəhbərlik edəcəyi gözlənilir.

Müdafiə naziri vəzifəsinə namizəd 2023-cü ilin aprelində Macarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilmiş təqaüdçü general-leytenant Romulus Rusin-Sendidir.