Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün texniki hazırlıqların aparıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, tərəflər arasında müzakirələrin getdiyini deyib.
“Hazırda hazırlıqlar gedir, məsələ ilə bağlı texniki səviyyədə danışıqlar aparılır”, - Makron bildirib.
Fransa lideri qeyd edib ki, avropalı tərəfdaşlar və Ukrayna Prezidenti Volodimir Zelenski ilə də paralel məsləhətləşmələr aparılır.