Makron Səidə Mirziyoyeva ilə görüşdü

Fransa Prezidenti Emmanuel Makron Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Səidə Mirziyoyeva sosial media hesabında paylaşım edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və yeni birgə layihələrin icrasına başlanılması ilə bağlı fikir mübadiləsi aparıblar.