Makron və Putin Ukraynaya dair müzakirə aparıb
14:21 11.09.2022
Dünya
369
Rusiya Federasiyası və Fransa prezidentləri arasında telefon danışığı olub.
APA-nın Rusiya bürosunun Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vladimir Putin və Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyəti, Zaporojye AES-i və Qara dəniz limanları vasitəsilə taxıl tədarükü ilə bağlı məsələləri müzakirə ediblər.
Rusiya tərəfi Ukraynanın AES obyektlərinə, o cümlədən fəlakətli nəticələrlə dolu olan radioaktiv tullantıların anbarına müntəzəm hücumlarına diqqət çəkib. Rusiya Prezidenti stansiyanın fiziki mühafizəsini təmin etmək üçün rusiyalı mütəxəssislər tərəfindən görülən tədbirlər barədə məlumat verib və stansiyanın atəşə tutulmasının dərhal dayandırılması üçün Kiyev hakimiyyətinə təsir göstərməyin zəruriliyini vurğulayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) iştirakı ilə Zaporojye AES ətrafındakı vəziyyətlə bağlı siyasiləşdirilməmiş əməkdaşlığa qarşılıqlı hazırlıq ifadə olunub.
Vladimir Putin həmçinin vurğulayıb ki, Ukrayna təhlükəsizlik qüvvələri Qərb ölkələrinin verdiyi silahlardan istifadə edərək, Donbass şəhərlərinin mülki infrastrukturunu kütləvi atəşə tutmağa davam edir və bunun nəticəsində mülki əhali əziyyət çəkir.
Qlobal ərzaq təhlükəsizliyi problemləri müzakirə edilərkən, Qara dəniz limanlarından ixrac olunan taxılın ilk növbədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına yönəldilməli olduğu mövqeyi təsdiqlənib. Rusiya Prezidenti bildirib ki, Avropa Komissiyasının Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin Afrika, Yaxın Şərq və Latın Amerikası bazarlarına tədarükünə maneə yaratmaması son dərəcə vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region
Eyni gündə 6 əməliyyat etdirən qadın öldü
12:37 25.08.2026
Hadisə