Azərbaycanda 18 yaşadək uşaqları olan ailələrdə qeydə alınan rəsmi boşanmaların sayı məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə azyaşlı uşağı olan 20 min 675 ailə rəsmi şəkildə boşanıb.
2024-cü ildə bu növ boşanmaların sayı 21 min 384 olub.