Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı

İranın keçmiş ali rəhbəri Əli Xameneinin qardaşı Hadi Xamenei sabiq prezident Məhəmməd Xatəmini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.

Görüş Xatəminin bir neçə gün əvvəl İran rəhbərliyini ABŞ ilə aparılan danışıqları idarə etmə üsuluna görə tənqid etməsindən sonra baş tutub. Sabiq prezident ABŞ ilə anlaşma memorandumunun pozulmasının İrana baha başa gələcəyi barədə xəbərdarlıq etmişdi.

Görüş zamanı Xatəmi Xameneinin qardaşına diplomatiya və rasional mövqelərin fəallaşdırılmasının, eləcə də gərginliyin azaldılmasına nail olmağın zəruriliyini bildirib.

Hadi Xamenei isə qeyd edib ki, Xatəminin mövqeyi ölkənin siyasi strategiyalarının müəyyənləşdirilməsi istiqamətində mühüm və diqqətəlayiqdir.