Fransa Prezidenti Emmanuel Makron yenidən Rusiyaya qarşı sanksiyaları artıracağına söz verib.
Teleqraf xəbər verir ki , bu barədə Fransa lideri ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib .
"Mən sizi əmin etmək istəyirəm ki, yaxın həftələrdə Rusiyaya qarşı təzyiqlər artacaq", - Fransa prezidenti bildirib.
Makron əlavə edib ki, Avropa ölkələrinin iştirakı olmadan Ukraynadakı münaqişənin həlli üçün sülh planı ilə razılaşmaq mümkün deyil.