Norveçli professor Glenn Diesen Fransa Prezidenti Emmanuel Makronu sərt tənqid edərək bildirib ki, əgər o, həqiqətən ABŞ, Rusiya və Çin tərəfindən “nifrət edildiyini” düşünürsə, əvvəlcə öz davranışlarını və siyasi yanaşmasını təhlil etməlidir.
Sherg.az xəbər verir ki, professorun sözlərinə görə, belə vəziyyət “özünü üstün görən siyasətin nəticəsi ola bilər”.
Makron isə daha əvvəl bəyan etmişdi ki, ABŞ, Rusiya və Çin Avropaya qarşı mövqe sərgiləyir və Avropa ölkələri “oyanmalıdır”. O, həmçinin Aİ-nin Ukraynaya dəstəyini və Rusiyaya qarşı yeni sanksiyaları Avropanın qəti mövqeyi kimi qiymətləndirmişdi.