
Makronun ən böyük rəqibini həbs etdirməsi çox mətləblərdən xəbər verir -ANALİTİK
Yusif Nəzərli
05:38 02.04.2025
Dünya
537
Xanım siyasətçi seçkilərə qatıla bilməyəcək
Fransanın artıq demokratiyadan danışmağa mənəvi haqqı yoxdur
Paris məhkəməsi ultrasağçı Milli Birlik Partiyasının fraksiya rəhbəri Marin Le Peni dörd il müddətinə azadlıqdan məhrum edib.
Marin Le Pen və Avropa Parlamentinin daha səkkiz deputatı bu qanunverici orqanın vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilinib. Qeyd edək ki,
Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib və 100 000 avro məbləğində cərimələyib. Məhkəmənin qərarına əsasən, Le Pen bu müddətin iki ilini şərti olaraq, digər iki ilini isə elektron bilərziklə ev dustaqlığında keçirəcək. O, həmçinin beş il müddətinə seçki hüquqlarından məhrum edilib.
Fransanın Milli Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.
Bu barədə siyasətçinin vəkili Rodolf Bosselyu BFMTV telekanalının efirində bildirib.
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask sosial şəbəkə paylaşımında Le Penin həbs hökmünü tənqid edib: "Radikal solçular demokratik səsvermə yolu ilə qalib gələ bilmədikdə, siyasi rəqiblərini həbs etdirmək üçün hüquq sistemindən istifadə edirlər. Bu, onların bütün dünyada standart fəaliyyət sxemidir”.
Siyasi şərhçi Hacıbəy Heydərli isə “Sherg.az"a açıqlamasında deyib ki, Fransa Prezidenti Makronun ən böyük və ən şanslı rəqibini həbs etdirməsi fonunda deyə bilərik ki, Fransanın artıq demokratiyadan danışmağa mənəvi haqqı da yoxdur:

“Dörd il müddətinə azadlıqdan məhrum edilən Le Pen cəzanın 2 ilini şərti çəkməli, 2 il isə elektron bilərziklə gözməlidir. Həmçinin məhkəmə onun dövlət orqanlarına seçilmək hüququna 5 il müddətinə qadağa qoyub. Bu o deməkdir ki, 2027-ci ildəki Prezident seçkilərinin favoriti olan xanım siyasətçi seçkilərə qatıla bilməyəcək.
O, məhkəmə zalında da prokurorların əsas məqsədinin onun prezidentliyə namizədliyinin qarşısını almaq olduğunu bildirib.
Fransadakı son sorğular da Le Penin ən şanslı namizəd olduğunu sübut edib. Makron iqtidarı isə siyasi rəqibini sıradan çıxarmaq üçün məhkəmələrdən istifadə edib və buna qismən nail olub. Bu həbsdən sonra bir çox Qərb ölkəsi və Rusiya Makronun artıq demokratiyadan danışmağa haqqı olmadığını bildirib”.
Ekspertin sözlərinə görə, Makronun Le Peni həbs etməklə onun qarşısını kəsmək və siyasi gələcəyi yalnız öz maraqlarına uyğun istiqamətə yönəltmək arzusu əks effekt doğura bilər. O hesab edir ki, Le Penin həbs edilməsi radikal sağ və sağ mərkəzçi qüvvələrin Avropa İttifaqı daxilində daha da birləşməsinə və vahid mövqe nümayiş etdirməsinə yol aça bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya