Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı sahibkar İlon Maskı liderin kartellərlə əlaqələri barədə şərhlərinə görə məhkəməyə verməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Şeynbaum jurnalistlərə açıqlamasında bildirib.
"Bunu vəkillər edir", - Meksika lideri qeyd edib.
Qeyd edək ki, Mask daha öncə sosial mediada Şeynbaum haqqında "o, sadəcə kartel rəhbərlərinin dediklərini deyir" şərhini yazıb.
Xatırladaq ki, Meksikada dünyanın ən çox axtarılan narkobaronlarından biri El Menço zərərsizləşdirildikdən sonra narkokartelin üzvləri hüquq-mühafizə orqanlarına müharibə elan edib. İndiyədək onlarla təhlükəsizlik əməkdaşı və kartel üzvü ölüb.