Metroda qulaqlıq olmadan musiqi dinləyənlər CƏRİMƏLƏNƏCƏK

Moskva metrosunda video izləmək və ya musiqi dinləmək yalnız qulaqlıqla icazəlidir. Qaydanı pozan sərnişinlər inzibati məsuliyyətə cəlb olunacaq.

Sherg.az xəbər verir ki, metro rəhbərliyinin məlumatına görə, qulaqlıqsız audio və video istifadəsi qadağandır və bu qayda sərnişinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.

Qaydanı pozan şəxslər 1000 rubl məbləğində cərimə olunacaq. Qanun pozuntusunu nəqliyyat nəzarətçiləri qeydə alır.