Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla İmralıda görüşə nümayəndə göndərmək qərarına gəlib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, partiyanın qərarına əsasən, İmralıya MHP sədrinin müavini Fəti Yıldız gedəcək.
Yıldız açıqlamasında MHP-nin nümayəndəsi qismində özünün iştirak edəcəyini bildirib. O, həmçinin CHP-ni də bu qərara dəstək verməyə çağırıb.
Cümhuriyyət Xalq Partiyasından isə Abdullah Öcalanla İmralıda görüşə nümayəndə göndərilməyəcəyi bildirilib. Bu barədə qərar CHP-nin keçirdiyi iclasda qəbul edilib.
CHP Qrup sədr müavini Murat Əmir İmralıya nümayəndə göndərməyəcəklərini, ancaq “Terrorsuz Türkiyə” prosesinə dəstəyin davam edəcəyini bildirib.