Mingəçevirdə məktəbli qətlə yetirilib, 14 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB

Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən məktəbli Mingəçevir şəhər İ. Kişiyev adına 17 nömrəli tam orta məktəbin şagirdi olub.

***

Mingəçevirdə məktəbli bıçaqlanıb.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, 2008-ci il təvəllüdlü Sarıyev Elmar Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.