Misir Pentaqondan 8 dəfə böyük komanda mərkəzi açdı

Misirdə dünyanın ən böyük strateji komandanlıq mərkəzi açılıb.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “9-cu kanal”ı məlumat yayıb.

Məlumata görə, 9 milyon kvadratmetr ərazisi olan kompleks Pentaqondan səkkiz dəfə böyükdür.

Bildirilib ki, qərargahın açılışını Prezident Əbdülfəttah əs-Sisi edib.

Mərkəzi komanda məntəqəsində Misir Müdafiə Nazirliyi, Silahlı Qüvvələr Komandanlığı, eləcə də qabaqcıl kibertəhlükəsizlik, məlumatların emalı və əməliyyat idarəetmə mərkəzləri yerləşir.